Tarix : 2019 Jun 26
Kod 58394

Bakıda siyasi xadim Əhməd Bəy Ağaoğlunun yubileyinə həsr olunan elmi-praktik konfrans

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə görkəmli siyasi və ictimai xadim, ideoloq Əhməd Bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

Arannews-islaminSesi xəbər verir ki, konfransda ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm adamları və ziyalıları, Əhməd Bəy Ağaoğlu irsinin tədqiqatçıları , partiya və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət və media mənsubları iştirak ediblər. 

Tədbirdə öncə görkəmli Azərbaycan ziyalısının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca konfransı giriş nitqi ilə Tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova açıb. O, görkəmli fikir adamı və siyasi xadim Əhməd Bəy Ağaoğlunun 150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkil edilməsini yüksək qiymətləndirib.

Daha sonra konfransda çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əhməd Bəy Ağaoğlunun həyat və mübarizə yolu, ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verib.

Ardınca konfransda çıxış edən tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, filalogiya üzrə fəlsəfə doktoru Akif Aşırlı və digər qonaqlar da mövzu ətrafında maraqlı fikirlər səsləndiriblər.

  • Yazılıb
  • da (də) 2019 Jun 26
  • Göndərən جهان کمالی