Tarix : 2019 Jun 27
Kod 58398

Gürcüstanda yeni parlament sədri seçildi

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.

“Arannews-Report”un Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib. 

A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.

Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər. 

Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

  • Yazılıb
  • da (də) 2019 Jun 27
  • Göndərən جهان کمالی