Yaxın Şərq və Şimali Afrika sakinləri arasında sorğu keçirilib.
Arannews-BBC-yə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – ərəb ölkələrində ən çox dəstəklənən liderdir.
Şimali Afrika və Yaxın Şərqdə keçirilmiş sorğunun nəticələrinə görə, bu ölklələrin əhalisinin 51 faizi Ərdoğanın siyasətini dəstəkləyir.
İkinci ən çox dəstəklənən lider isə Rusiya prezidenti Vladimir Putin olub.
Qeyd edək ki, Sudan, İordaniya, Fələstin, Əlcəzayir, Mərakeş, Tunis, Yəmən, İraq, Livan və Misirdə keçirilmiş sözügedən sorğuda 25 407 nəfər iştirak edib.
Putin və Ərdoğan – ərəb dünyasının ən populyar liderlər