Tarix : 2019 Jul 02
Kod 58424

Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb

Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze vəzifəsindən azad olunub.

 “Arannews-Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 Məlumata əsasən, bu barədə qərar G.Dumbadze ilə məsləhətləşmələrdən sonra qəbul olunub. Diplomat bundan sonra XİN-də fəaliyyətini davam etdirəcək.

 Gürcüstanın Ukraynadakı səfiri vəzifəsinə kimin təyin olunacağı hələ məlum deyil.

 Qeyd edək ki, G.Dumbadze 2017-ci ilin iyunun 15-də Ukraynaya səfir təyin olunub. O, 2014-2016-cı illərdə Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri olub

  • Yazılıb
  • da (də) 2019 Jul 02
  • Göndərən جهان کمالی