Arannews-islamazeri.com-un verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı ilə bağlı internetdə video yayılıb.
Həmin videoda terror təşkilatının əli silahlı və üzləri qapalı azərbaycanlı üzvləri İŞİD terrorbaşı Əbu-Bəkr əl-Bağdadiyə beyət edirlər.
"Allahı şahid tutaraq möminlərin əmiri - şeyx Əbu Bəkr əl-Bağdadiyə yoxsulluqda və qıtlıqda, çətinlikdə və asanlıqda beyət edirik", - deyə sözügedən videoda deyilir.
Videoda danışan əsas terrorçunun sözlərinə görə, əgər əl-Bağdadinin "açıq küfrünü" gördükdə, beyətlərindən geri dönəcəklər.
Həmin videonun Azərbaycanda çəkildiyi iddia edilsə də, bunu təsdiq edən heç bir sübut yoxdur.
Həmin videonu sizlərə təqdim edirik:
P.S. İŞİD təsirinə düşmək ehtimalı olan hər bir kəsə terrorçuların videonun sonundakı hallarına diqqətlə baxmalarını tövsiyə edirik