Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melia elekton qolbaq daşıyacaq.
Arannews-Report"un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apelyasiya Məhkəməsi qərar çıxarıb.
"Əgər günahım varsa, həbsxanada olmalıyam. Elektron qolbağı saat əvəzinə taxacağam. Bu, güclünün qalib gəldiyi mübarizədir", - deyə keçmiş deputat bildirib.
N.Melianın elektron monitorinqini Baş Prokurorluq həyata keçirəcək.
Qeyd edək ki, Tbilisi Apelyasiya Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun keçmiş deputat Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə bağlı şikayətinə baxıb. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.