“Al-Watan”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın İraqla sərhəddə yerləşən Əbu-Kəmal bölgəsindəki ərəb tayfalarının şeyxləri xalq könüllüləri dəstələrinin yaradıldığını elan ediblər. Həmin dəstələr Suriya hökumətini dəstəkləyəcəklər.
Sözügedən qərar, Suriya ordusu ilə birlikdə Suriya ərazisində İŞİD terror təşkilatına qarşı döyüşən İraq könüllüləri vətənlərinə geri döndükdən sonra qəbul edilib.
Xatırladaq ki, sərhəd keçidinin yerləşdiyi Əbu-Kəmal 2017-ci ilin Noyabr ayında İŞİD terrorçularından təmizlənib, lakin terrorçuları bu bölgədə hələ də öz hücumlarını həyata keçirirlər.
Qeyd edək ki, daha öncə ərəb tayfaları Suriya hökumətini dəstəklədiklərini də bildirmişdilər.