“Arannews-Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllinə dair təşəbbüsünü dəstəkləmədiyini bəyan edib.
“Biz heç vaxt bu təşəbbüsü yararlı hesab etməyəcəyik... Biz bildirdik: “Fələstin torpaqları satılmır”. Bu, bizim mövqeyimizdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, 25 İyun Bəhreyndə Fələstinin iştirakı olmadan sözügedən həll prosesi üzrə konfrans keçirilib. Fələstin bu təkliflə razı olmadığını bildirir.