SEPAH-ın RQ Global Hawk kimi bir dronu məhv etməsi 1963-cü ildən bəri ABŞ hərbisi və texnologiyasına ən böyük zərbə sayılır. Amerika rəsmilərinin öz casus təyyarəsinin məhvi ilə bağlı passis reaksiyası bu ölkənin İranla müharibəyə hazır olmadığını göstərdi.
AranNews – İran Karqozaran (Xidmətçilər) Partiyasının Mərkəzi Şurasının üzvü Səid Leylaz “Təsnim”-ə verdiyi açıqlamasında deyib:
“İran İslam Respublikasının haqlı olmasına şübhə ilə yanaşanların Amerika dövlətinin Çin qarşısında son siyasətinə diqqət etmələri kifayətdir.
“Huawei” şirkətinin günahı təkcə İT sahəsində Amerikanın inhisarında olan texnologiya sərhədlərini aşmasıdır. Bu məsələ göstərir ki, dünyanın hər harasında hansısa ölkə Amerika qarşısında öv varlığını elan etmək istədikdə, amerikalılar buna dözmür.”
S. Leylaz İran sərhədlərinə təcavüz etmiş Amerika dronunun SEPAH tərəfindən məhv edilməsini İranın hərbi sahədə, beynəlxalq və daxili diplomatiyada keyfiyyətinin yüksəlməsini, region və beynəlxalq ölkələr arasında xüsusi yerini göstərdiyinə toxunaraq deyib: “Sonuncu dəfə belə bir addım (Amerikanın casus təyyarəsinin vurulması) 1963-cü ildə Lockheed U-2 casus təyyarəsinin Rusiya tərəfindən vurulması olmuşdur.”
Siyasi fəal vurğulayıb: “Amerikanın baxışında İran Rusiya və Çin kimi ölkələrin sırasına daxil olub və hərbi cəhətdən onunla zarafat etməyin mümkünsüz olduğunu başa düşür.”