Gürcüstanın "Rustavi-2" telekanalı jurnalist Georgi Gabunia-nı iki aylığa işdən kənarlaşdırıb.
Arannews-Bu barədə Azadlıq Radiosu xəbər verib.
Səbəb jurnalistin Rusiya Prezidenti Vladimir Putini rusca çıxışında təhqir etməsidir.
İyulun 8-də Rustavi-2 yayımı altı saatlığa dayandırıb. Bu addım telekanalın efirində Rusiya prezidentinin ünvanına nalayiq sözlərin işlədilməsinə etiraz edənlərin tələblərinə cavab olaraq atılıb.
Gürcüstan prezidenti, baş naziri jurnalistin çıxışını tənqid edib. Jurnalist Etikası üzrə Gürcüstan Xartiyası isə Gabunia-nın çıxışını "qeyri-etik davranış” adlandırıb, cəmiyyətə inamı, bütün jurnalistlərə hörməti sarsıtdığını bildirib.
Bu arada Tbilisidə Rustavi-2 telekanalına qarşı etirazlar davam edir. Etirazçılar Georgi Gabunia-nın, telekanal rəhbəri Nicolos Gvaramia-nın istefasını tələb edirlər.
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili aparıcının hərəkətini "zövqsüz və düşünülməmiş hücum” adlandırıb.