Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Arannews-RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.
Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.