Tarix : 2019 Jul 15
Kod 58499

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır
“Əl-Quds əl-ərəbi” qəzeti Əbu Dabi və Riyadın Türkiyənin müxalifləri olan kürd silahlıları ilə görüşdüyünü və onlara əlavə dəstək vəd etdiklərini yazıb. Türkiyə də öz himayəsində olan terrorçu qrupları səfərbər edib və onlara hərbi təchizat göndərməkdədir.
Türkiyə ordusu 3 gündür ki, sakit, qəfil yaxalayıcı, siyasi açıqlamalardan və media hay-küyündən uzaq şəkildə özünün Suriya ilə sərhədlərinə, əsasən də Fərat çayının şərqində Kürd Xalq Müdafiə Dəstələrinin nəzarəti altında olan bölgələrlə yaxın məntəqələrə çoxlu hərbi silah-sursat və texnika göndərməkdədir.
Əl-Qüds əl-ərəbi qəzeti yuxarıdakı girişlə Ərəbistan və BƏƏ-nin Türkiyə ilə ixtilafları, bu ölkələrin Suriyada müdaxilələrinin yeni aspektlərini araşdıraraq yazmışdır ki, Ərəbistan və BƏƏ-nin Suriyada Fərat çayının şərqində kürd silahlılarının nəzarəti altında olan bölgələrdə hərəkətlərinin artması və kürd silahlılarını dəstəkləmək barədə vədlər verməsi xəbərlərinin yayılmasının ardınca, Türkiyə bu qəfil addımı atmışdır. Çünki Türkiyə Kürd Xalq Müdafiə Dəstələrini terrorçu hesab edir.
Kürd Xalq Müdafiə Dəstələri Suriya Demokratik Qüvvələri adlanan silahlı dəstələrin əsas özəyidir və Amerikanın himayəsi altındadır. Bu dəstə Suriya dövləti əleyhinə bir çox hərəkətlər etmişdir, hətta bəzi vaxtlar Dəməşqi hərbi əməliyyatlarla təhdid etmişdir.
Qəzetin yazdığına görə Türkiyənin bu addımı bir sıra Avropa ölkələrinin Vaşinqtonun istəyi ilə Suriyanın şimalına hərbi quru qüvvələri ezam etmələri ilə eyni zamanda baş tutmuşdur. Amerika avropalı qüvvələri öz terrorçu qüvvələrinin yerinə gətirir. Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad da bunun nəticələri barədə xəbərdarlıq etmişdir.
Türkiyəli mənbələr bildiriblər ki, Ərəbistan və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri Suriya Demokratik Qüvvələrinin komandirləri ilə görüşüblər və onlara maliyyə dəstəklərini artıracaqları barədə söz veriblər.
Həmin mənbələr vurğulayıblar ki, bunun qarşısında Türkiyə də “Azad Suriya Ordusu” və “Suriya Milli Ordusu” adlı terrorçu qrupların komandirlərindən bir neçəsini Ankaraya dəvət edərək onlarla görüş keçirib. Yaranmış bu məsələdən sonra bu qrupların Hələb əyalətinin Əl-Bab və Crablos məntəqələrində hazırlıq səviyyəsi artıb və tayfa başçıları ilə də görüşlər baş tutub.
Qəzet öz araşdırmasının davamında xatırladır ki, ötən aylarda Türkiyə ordusunun bu ölkənin Suriya ilə sərhədlərinə hərbi təchizat göndərməməsi dayanmamışdır, bununla belə son günlərdə tank, minaatan, zirehli texnika və hərbi qüvvələrin göndərilməsi həm artmış, həm də sürətlənmişdir. Bu təchizatın çoxu Türkiyənin Şanlıurfa əyalətinin sərhəd bölgələrinə göndərilib. Bu bölgələrin Suriya tərəfində kürd silahlıları dayanır və Türkiyə prezidenti həmin bölgələri onlardan təmizləyəcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdir.
Bu bölgələrin ən əsası Eynül-ərəbdir (Kubanlı). Eynül-ərəb Fərat çayının şərq hissəsində yerləşir və Suriyaya qarşı çıxmış, Türkiyənin dəstəklədiyi terrorçuların nəzarətindədir. Əsasən də Crablos bölgəsi.
Türkiyənin göndərdiyi hərbi təchizatın bir hissəsi Təl-Əbyəz bölgəsi ilə sərhəd məntəqələrə yerləşdirilir. Türkiyə bu bölgəni də kürd silahlılarından təmizləyəcəyi barədə təhdid edib.
Ankara dövləti ötən illərdə Suriyada Fəratın şərqində kürd silahlı dəstələrinə qarşı əməliyyata başlayacağı barədə xəbərdarlıq etsə də, indiyə kimi bu addımı atmamışdır. Ona görə də bu təchizat və qüvvələrin Türkiyə və ABŞ razılaşması əsasında olduğu, ya Vaşinqton-Ankara müzakirələrinin uğursuzluğu və Türkiyənin Fəratın şərqinə hücum etməsi məqsədilə olması məlum deyildir.
Bir neçə vaxt bundan əvvəl Türkiyə və Amerika arasında Suriyanın şimalında təhlükəsiz zona yaranması və kürd dəstələrinin də Türkiyə ilə sərhəddən 15 km uzaqlaşacağı barədə müzakirələr baş tutdu. Lakin bu haqda son razılıq əldə olunmayıb.
  • Yazılıb
  • da (də) 2019 Jul 15
  • Göndərən جهان کمالی