Təşkilatın hazırda həbsdə olan 48, axtarışda olan 38 və şübhəli bilinən 86 üzvünə qarşı “terror” ittihamı ilə cinayət işi açılıb
Türkiyə Servisi/Aran Agentliyi
Bu gün İstanbul baş prokurorluğu gizli “Ergenekon” təşkilatının üzvlərinə qarşı irəli sürülən ittiham aktını elan edib. Təşkilatın hazırda həbsdə olan 48, axtarışda olan 38 və şübhəli bilinən 86 üzvünə qarşı “terror” ittihamı ilə cinayət işi açılıb. İttiham aktını bu gün keçirdiyi brifinqdə İstanbulun baş prokuroru Aykut Çengiz Engin açıqlayıb.
“Buradakı terror təşkilatı hamımızın bildiyi anlamda bölücü və ideoloji terror təşkilatı deyil. Dövlət hakimiyyətini zəiflətmək və ya yıxmaq və ya ələ keçirmək, əsas haqq və hürriyyətləri yox etmək, dövlətin daxili və xarici təhlükəsizliyini və ictimaiyyətin sakitliyini pozmaq məqsədilə bir təşkilata mənsub adam və adamlar tərəfindən ediləcək hər cür cinayət təşkil edən əməliyyat və terrör cinayəti olaraq qəbul edilib”, deyə baş prokuror bildirib.