Tarix : 2019 Jul 15
Kod 58500

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Yəmənin ordusu və xalq komitələri yerli "Zəlzal-1" raketi və bir neçə "katyuşa" raketi ilə səud muzdurlarının bu ölkənin qərbindəki Həccə əyalətində yerləşən mövqelərini hədəfə alıblar.

Arannews-Yəmənin ordusu və xalq komitələri dünən axşam səud təcavüzkarlarının Həccə əyalətinin Heyran məntəqəsindəki mövqelərini hədəfə alaraq, onların bir çoxunu öldürüb və yaralayıblar.

Son həftələrdə Yəmənin ordusu və xalq komitələrinin səud muzdurlarının mövqelərinə, eləcə də ərəbistanın həssas təsisatlarına qarşı müdafiə hücumları şiddətlənibdir.

Digər bir xəbərə əsasən, Yəməndəki məlumatlı mənbələr bildiriblər ki, əmirliklər hərbi təlim keçmək üçün "Ədən" keçid şurasının tabeliyində olan 500 əsgəri Yəməndən kənara göndəribdir.

  • Yazılıb
  • da (də) 2019 Jul 15
  • Göndərən جهان کمالی