Minsk qrupunda çəkişmələrin davamı və Qarabağ məsələsində müəyyən həll yolu təqdim edə bilməmək bu qrupdakı beynəlxalq oyunçuların “nə sülh, nə müharibə” durumundan faydalandığını və bu vəziyyətin davam etməsinə maraqlı olduqlarını göstərir. Bu üzdən Minsk qrupunun təklifləri tövsiyə xarakteri daşıyır və icra zəmanətinin olmaması onun vasitəçilik missiyasıın uğursuzluğunda təsir qoymuşdur.
AranNews – 1992-ci ildə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qərarı ilə Belarusun paytaxtı Minskdə təşkil olunmuş Minsk qrupu Qarabağ böhranının beynəlxalq təyinedicilərindən biridir. Avropalılar Cənubi Qafqazı Avropa hüdudlarında tanıdığı və onu öz qonşusu hesab etdiyi üçün bu regionun məsələlərinə, əsasən də Qarabağ böhranına xüsusi həssaslıq göstərirlər.
Sözügedən maraqlarla yaradılmış Minsk qrupunun tərkibinə Almaniya, İtaliya, Fransa, İsveç, Belarus, Çexiya, Türkiyə, Rusiya, Amerika, Azərbaycan və Ermənistan daxildir. (Vaizi, 1389:78)
Təhlükəsizlik Şurasının daimi üzvləri olan Amerika, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir. Hər üç ölkə qrup üçün nümayəndə təyin etmişdir və bu nümayəndələr Azərbaycan, Ermənistan və Qarabağa səfər edirlər. Avropa Şurası, Avropa Birliyi, NATO kimi beynəlxalq qurumlar da dəfələrlə Minsk qrupunun fəaliyyətlərinə dəstək verdiklərini bildiriblər. Qrup 1992-ci ildən indiyədək BMT-nin baxışından Qarabağ böhranında tək fəal və rəsmi qaynaq olmuşdur. Belə ki, 1994-cü ilin may ayında Rusiyanın əməkdaşlığı ilə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasına müfəvvəq olmuşdur. (Kazimi, 1381: 121)
ATƏT-in Minsk qrupu Qarabağ böhranında münaqişə tərəfləri arasında atəşkəs yaranması kimi bir uğura imza atsa da, indiyə kimi Qarabağ münaqişəsinin həlli istiqamətində təqdim etdiyi üç layihədə uğur qazana bilməyib. Bu vəziyyətin ən əsas amilləri təklif edilmiş layihələrdə uyğunluğun olmaması və qrup üzvlərinin maraqları ilə təzadlı olmasıdır. (İFP, 11:2009) Daha doğrusu, Minsk qrupu üzvlərinin öz aralarında razılaşmanın olmaması üzündən böhran həllini tapa bilməmişdir, üstəlik, daxili qruplaşma Qarabağ böhranının daha da dərinləşməsinə və davam etməsinə səbəb olmuşdur.
Digər tərəfdən də Minsk qrupu tərkibində güclü oyunçuların olması İran kimi Qarabağ böhranının həllində təsirli ola biləcək ölkələrin rol ifa etməsinə mane olur. (Veysinejad, 1391:15) Bu səbəbdən belə nəzərə gəlir ki, Minsk qrupunda çəkişmələrin davamı və Qarabağ məsələsində müəyyən həll yolu təqdim edə bilməmək bu qrupdakı beynəlxalq oyunçuların “nə sülh, nə müharibə” durumundan faydalandığını və bu vəziyyətin davam etməsinə maraqlı olduqlarını göstərir. (Abbasov, 1383:15) Amerika, Rusiya və Fransanın Minsk qrupunun həmsədrləri kimi BMT-nin 2009-cu il 17 martda erməni əsgərlərinin Qarabağdan çıxması ilə bağlı qəbul etdiyi qətnaməyə mənfi səs verməsi bu fikri təsdiq edir.
Qarabağ böhranının həllində Minsk qrupunun ən təsirli fəaliyyətlərini 2001-ci il müzakirələrində üç layihənin təklif edilməsi hesab etmək olar. Mərhələli layihələr adlanan bu təkliflər hərtərəfli və müştərək layihələr olmuşdur. İlk iki layihə Ermənistan tərəfindən qəbul edilmədi, üçüncü layihə də Azərbaycan Respublikasının bərk etirazı ilə qarşılaşdı.
Minsk qrupunun vasitəçilik missiyasının uğursuzluğunun əsas səbəblərini Qarabağ böhranında Rusiya və Amerikanın maraqlarının təzadlı olmasında axtarmaq lazımdır. (Roşəndil və Qulipur, 1389:62)
Elə buna görə də Minsk qrupunun təklifləri tövsiyə xarakteri daşıyır və icra zəmanətinin olmaması onun vasitəçilik missiyasıın uğursuzluğunda təsir qoymuşdur.
ATƏT-in Minsk qrupunun üzvləri Qarabağ böhranının həllini öz maraqları çərçivəsində izləyirlər. Həmin məsələ öz növbəsində böhranı günbəgün mürəkkəbləşdirir.