Qızıl Səqqaxana” radio verlişi Abbasilər dövründə İmam Rzanın (ə) həyatını, o həzrətin İranda təsirli və bərəkətli hüzurunu araşdırır.
AranNews- Redaksiyamızın “Anaj”-a istinadla verdiyi xəbərə görə, Nəsrin Milanizadənin produserliyi ilə “Qızıl Səqqaxana” radio verlişi Bakı vaxtı ilə saat 18:50-də Təbriz xaricəyayım radiosundan yayımlanır.
40 dəqiqəlik proqram Saminul-höcəc İmam Rzanın (ə) səadətli mövludu ilə eyni zamanda başlamışdır və hər hissədə höccətül-islam Nuvin Camiə-kəbirə ziyarətnaməsindən bir hissəni azərbaycanlı və qafqazlı dinləyicilər üçün izah edir.
Abbasilər hökuməti dövründə İmam Rzanın (ə) həyatı, o həzrətin İranda təsirli və bərəkətli hüzuru, İmamın (ə) baxışında islami həyat tərzi, hərəmin ətrafında Səqqaxana, Gövhərşah məscidi, muzey və s. kimi dini məkanlarla tanışlıq, bu məkanların memarlığının araşdırılması “Qızıl Səqqaxana” verlişinin digər hissələridir.
Produser və yazıçı Nəsrin Milanizadə, tərcüməci və film səsləndiricisi Sevda Həsənzadəgan və dini mütəxəssis höccətül-islam Nuvin verlişdə iştirak edirlər.