Amerikanın “Lobelog” saytı Eldar Məmmədovun qələmi ilə Azərbaycan Respublikasının anti-İran koalisiyasına qoşulmağın mümkün olub-olmamısını araşdıraraq yazır: “Böyük Azərbaycan” tərəfdarları və radikalları xarici oyunçulardan özlərini gözləməlidir. Bu oyunçuların əsas arzusu Azərbaycan Respublikasında güclü dövlət görmək yox, parçalanmış İran görməkdir. Halbuki, İran ən böhranlı vəziyyətdə, yəni Qarabağ müharibəsində Azərbaycanın yanında olmuşdur.
AranNews – Amerikanın “Lobelog” saytı öz araşdırmasında bu sualı ortaya qoyur: Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı?
Məqalədə deyilir: ABŞ İrana qarşı hərbi gərginliyi sürətləndirdiyi bir vaxtda qonşu ölkələrin rolu bu gərginliklərin artmasında, ya aradan qaldırılmasında çox əhəmiyyətlidir. İranın Ərəbistan, (qondarma) İsrail və son vaxtlarda Birləşmiş Ərəb Əmirlikləri kimi qonşuları ABŞ-ı İranla müharibəyə sövq edir.
Lakin İraq, Oman və Qətər kimi qonşuları aktiv bitərəf siyasəti izləyir və Vaşinqton və Tehran arasında müharibə əvəzinə doplomatik münasibətlərin tərəfdarıdır.
Digər tərəfdən bəzi qonşular da özlərini qırağa çəkiblər, nə baş verəcəyini gözləyirlər. Bununla belə, vəziyyət dəyişə və hərbi qarşıdurmaya çevrilə bilər.
Sonuncu qrupa aid olan qonşulardan biri də Azərbaycan Respublikasıdır. İranın xarici işlər naziri Cavad Zərif 2019-cu ilin aprel ayında Nyu-Yorkda Asiya qurumundakı çıxışında Azərbaycanı son vaxtlar İranla münasibətləri inkişaf etmiş ölkələrdən biri adlandırdı. Bu düzdür. Lakin Azərbaycan İranın iki düşməni: ABŞ və “İsrail”lə yaxın münasibətlərə malikdir.
Gərginlik büruz edəcəyi surətdə Azərbaycan Respublikası təzyiq altında qalacaq və İrana qarşı mübarizəyə ən az dəstəyi verməyə məcbur olacaq. Məsələn öz ərazisindən İran əleyhinə kəşfiyyat əməliyyatları üçün istifadə olunmasına icazə vermək kimi.
İran həmişə böhranlı vəziyyətlərdə Bakı ilə düşmənçilik yaranması ilə nəticələnəcək siyasətlərdən uzaq durmuşdur. Hətta Azərbaycanın ən böhranlı durumunda, yəni Qarabağ müharibəsində, bu ölkənin müstəqilliyi və ərazi bütövlüyü kimi məsələlərdə beynəlxalq qanunlar çərçivəsində Azərbaycan Respublikasına dəstək vermişdir.
Ona görə də iranlılar Azərbaycan Respublikası ilə münasibətlərdə mövcud durumu qorumaq üçün öz önəmlərini bilirlər. Əgər Bakı Amerika, ya “İsrail”in İran əleyhinə hərbi əməliyyatını dəstəkləməyə razı salınsa, yaxud təzyiq altında qalsa, çox güman ki, İran 1990-cı illərdə istifadə etdiyi taktikalara qayıdacaq: Əliyev hökumətinə təzyiq göstərmək üçün İran tərəfdarı olan şiə qrupları vasitəsilə təhlükəsizlik yaratmaq.
Azərbaycan Respublikasının Amerika, yaxud “İsrail”in İran əleyhinə hərbi əməliyyatlarını dəstəkləməsi ilə daxili müxalifət İran tərəfdarları olan şiə qrupları ilə kifayətlənməyəcək, üstəlik digər qrup və hərəkatlar, o cümlədən sekular cərəyanlar da ona qarşı çıxacaq. Azərbaycan dövlətinin iqtisadi zəifliyindən və korrupsiyadan narazı və öz ölkələrinin İran-Amerika qarşıdurmasında iştirak etməsini istəməyən cərəyanlar.
Müəllif sonda vurğulayır: “Böyük Azərbaycan” tərəfdarları və radikallar xarici oyunçulardan özlərini gözləməlidir. Bu oyunçuların əsas arzusu Azərbaycan Respublikasında güclü dövlət görmək yox, parçalanmış İran görməkdir.
Bundan əlavə, Azərbaycan dövlətinin İran əleyhinə hər hansı siyasəti sünni-şiə, sekular-dindar və türk-qeyri türk ikitirəliklərini gücləndirə bilər. Digər tərəfdən Bakının bu yanaşması ölkəni Yaxın Şərq siyasətləri səmtinə sövq verə bilər və Ermənistanla Qarabağ böhranını daha da mürəkkəbləşdirər.