İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasının bəzi informasiya saytlarında İran və Ermənistanın hərbi-texniki həmkarlıqları barədə yayılmış xəbərləri təkzib edib.
Arannews-Iran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat bölməsinin bəyanatında deyilir: İran İslam Respublikasının Bakıdakı səfirliyi iki dost və qonşu ölkə olan İran və Azərbaycan Respublikasının əlaqələrinin genişləndirilməsi və qorunması vacibliyini vurğulayaraq, bildirir ki, son zamanlar Azərbaycan Respublikasının bəzi informasiya saytlarında İran və Ermənistanın hərbi-texniki həmkarlıqları barədə yayılmış xəbərlər əsassızdır və İran İslam Respublikası səfirliyi bu xəbərləri təkzib edir.
Bəyanatın davamında deyilir: İran İslam Respublikası həmişə Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlyü çərçivəsində dinc həllinin tərəfdarı olub, eyni zamanda regional sülh və sabitliyə xələl gətirən bütün addımları pisləyir.