Azərbaycan Respublikasının Şirvan şəhərindəki şadlıq evində mövcud olan tüstü nəticəsində 19 nəfər zəhərlənərək, xəstəxanaya köçürülüb.
Arannews-APA xəbər agentliyinin məlumatına görə, dünən gecə baş verən bu hadisədə, Şirvan şəhərinin "Yeganə" şadlıq evində keçirilən toy mərasimində istifadə olunan tüstüsə görə 19 nəfər, o cümlədən 13 qadın və 2 uşaq zəhərlənərək xəstəxanaya köçürülübdür. Bu məlumata görə, vəziyyətinin ağır olmasına görə, onlardan 6 nəfəri reanimasiya və intensiv müalicə bölməsinə yatırılıbdır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi zəhərlənmənin səbəbini dəqiq araşdırmaq üçün kimyəvi laboratoriyaların bir qrup ekspertindən istifadə edibdir.