Tarix : 2019 Jul 23
Kod 58543

İranın dəmiryolu şirkətinin icraçı müdiri Bakıya səfər edib

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və İranın dəmiryolu şirkətinin icraçı müdiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri ilə görüşmək məqsədilə Bakıya daxil olubdur.
İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və İranın dəmiryolu şirkətinin icraçı müdiri Səid Rəsuli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri və bu ölkənin digər rəsmiləri ilə görüşmək məqsədilə dünən gecə Bakıya daxil olub. Bu səfərdə iki tərəf Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, Rəşt-Astara dəmiryolunun yekun durumu xüsusiyyət təşkil etməklə dəmiryolu sahəsində həmkarlıq barədə fikir mübadiləsi aparacaq. Bu səfərdə İran İslam Respublikasının dəmiryolu şirkətinin icraçı müdiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilə görüşdən əlavə, bu ölkənin digər rəsmiləri ilə də görüşəcəkdir.
  • Yazılıb
  • da (də) 2019 Jul 23
  • Göndərən سامان آرانی