Tarix : 2019 Jul 27
Kod 58559

Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI

Azərbaycanda Qurban bayramı avqustun 12-də (zilhiccə ayının 10-u) qeyd olunacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə istinadən xəbər verilir.

QMİ-dən bildirilib ki, bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq.

Təzə Pir məscidində qılınacaq namaza QMİ-sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qatılacaq.

QMİ-dən o da bildirilib ki, idarənin Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini açıqlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il Qurban bayramı ilə əlaqədar olaraq avqustun 12-i və 13-ü Azərbaycanda qeyri-iş günüdür

  • Yazılıb
  • da (də) 2019 Jul 27
  • Göndərən جهان کمالی