Tarix : 2019 Jul 31
Kod 58583

Zəncanda “İslami Müqavimət Şer və Ədəbiyyatında Qarabağın Əhəmiyyəti” konfransı keçirilib

Əhli-beyt (ə) şairi Ustad Kəlami Zəncani və Zəncan Əzəm Hüseyniyyəsinin Ədəbiyyat Ofisinin təşəbbüsü ilə “İslami Müqavimət Şer və Ədəbiyyatında Qarabağın Əhəmiyyəti” konfransı baş tutub.
AranNews – Konfransın açılışında Zəncan Əzəm Hüseyniyyəsinin Ədəbiyyat Ofisinin rəhbəri Vəhid Allahverən deyib: “Qarabağın məzlumluğu İslam aləminin bir dərdi kimi hər gün dünya müsəlmanları üçün daha da aşkar olur. Müsəlmanların Qarabağın dərdini çəkməsi Allahın inayətinin nişanəsidir. Zəncanda baş tutan bu konfrans göstərir ki, inşallah Qarabağ dünya müsəlmanlarının qüdrətli əlləri ilə azad olunacaq və 40 min şəhidin qanı yerdə qalmayacaq.”
Konfransın katibi tanınmış şair Ustad Vəliyullah Kəlami çıxışında deyib: “Şer hücum və təhriflər qarşısında güclü bir silahdır. Qarabağ İslamın bir parçasıdır və Ali Məqamlı Rəhbər (həzrət Ayətullah əl-üzma Xamenei) onu İslam torpağı adlandırmışdır. Lakin təəssüflər olsun ki, müqavimət ədəbiyyatında Qarabağ mövzusuna lazımınca yer verilməmişdir.”
Konfransın hədəflərindən danışan şair deyib: “Bu konfransın hədəflərindən biri də müqavimət şerində Qarabağın yerini araşdırmaq və onu gücləndirməkdir. Ona görə də bu toplantının digər bir bərəkəti də Qafqazda islami hərəkatlara dəstək istiqamətində Azəri Şeri Komitəsinin yaradılmasıdır.”
Konfransda peşəkar fikir mübadiləsi və danışıqlardan sonra qonaqlar Qarabağla bağlı azəri şerlərini oxuyublar. Sonda bir neçə şer seçilmiş əsər kimi qəbul edilib.
Qarabağ Azərbaycan Respublikasının torpağı olaraq, bu ölkənin 20 faizə yaxın ərazisidir və qərb ölkələrinin dəstəyi ilə Ermənistan tərəfindən işğal edilmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan şiələri çoxlu rəşadətlər göstərmişdir. İran, Pakistan və Əfqanıstan kimi bir çox İslam ölkələri Qarabağda öz müsəlman qardaşlarına kömək etmişdir və bir çox iranlı, pakistanlı və əfqan
.
  • Yazılıb
  • da (də) 2019 Jul 31
  • Göndərən جهان کمالی