“Arannews-Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran Hind okeanı və Fars körfəzi bölgəsində Rusiya ilə birgə hərbi dəniz qüvvələrinin (HDQ) təlimini keçirmək niyyətində olduğunu bəyan edib.
İran HDQ komandanı kontr-admiral Hüseyn Xanzadi bildirib ki, “İran birgə HDQ təlimlərinin keçirilməsi ilə bağlı Rusiya ilə razılığa gəlib”.
O qeyd edib ki, “təlimlər yaxın zamanda baş tutacaq” və onların həmçinin Hörmüz boğazında keçiriləcəyini də istisna etməyib.
O həmçinin bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənəd qəbul edilib.
“Bu, bu cür qarşılıqlı anlaşma ilə bağlı ilk memorandumdur. Bunu Rusiya və İranın müdafiə sahəsindəki münasibətlərindəki dönüş nöqtəsi adlandırmaq olar”, - deyə o əlavə edib.