Tarix : 2019 Aug 02
Kod 58598

Bu gün İmam Cavad (ə)-ın şəhadət günüdür

imam cavad (ə)-ın şəhadəti zil-qədə ayının sonuncu gününə təsadüf edir.

Cavad ləqəbli Muhəmməd ibn Əli ibn Musa (ə) İslam ümmətinin doqquzuncu imamıdır.

 

İslaminSesi.info - İmam Cavad (ə) hicri 195-220 illərdə  yaşayıb. Hicri 195-ci ildə Mədinədə dünyaya göz açan İmam atası İmam Rza (ə) ın şəhadətindən sonra səkkiz yaşında imamət məqamına yetişib.

İmam Cavadın (ə) imamət dövrü 17 il olub və 25 yaşında Abbası xəlifəsi Mötəsimin vaxtında şəhadətə qovuşub. 

İmam Cavad (ə) ən gənc yaşında şəhadətə yetişmiş imamdır. Məzarı Bağdad yaxınlığında babası İmam Kazım (ə) la bir məqbərədə yerləşir.

Yetişən rəvayətlərə əsasən xəlifə Mötəsimin İmamı (ə) Ummul-Fəzl adlı bir qadının əli ilə zəhərləyib.

 

Həzrət İmam Cavadın(ə) necə şəhid edilməsi haqda tarix kitablarında 3 rəvayət yazılıb. Bir rəvayətdə onun Mötəsimin Əşnas adlı qulamı tərəfindən zəhərləndirilməsi, başqa bir rəvayətdə Mötəsimin məmurlarından biri tərəfindən zəhərləndirilməsi və başqa bir rəvayətdə isə Mötəsimin təhrikilə İmam Cavadın(ə) həyat yoldaşı tərəfindən zəhərləndirilməsi qeyd olunub. Əhli-beytin(ə) həyatı haqda bir çox kitabların müəllifi olan tədqiqatçı alim Əllamə Seyyid Cəfər Mürtəza Amilinin nəzərinə görə hər üç rəvayət düzgündür. Beləki Mötəsim İmam Cavadı(ə) zəhərləmək üçün hər 3 nəfəri məmur edir ki, öz hədəfinə çatmaq üçün əmin olsun.

 

İmam Cavad əleyhissəlamın şəhadəti münasibəti ilə Azərbaycan da daxil olmaqla bir çox müsəlman dünyasında məscidlər hüseyniyyələr və bir sıra dini məkanlarda mərasimlər keçirili

  • Yazılıb
  • da (də) 2019 Aug 02
  • Göndərən جهان کمالی