Tarix : 2019 Aug 03
Kod 58604

Suriyanın Həmah vilayətində daha üç məntəqə azad edilib

Suriya ordusu dünən bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimal-qərbindəki Əlsirtil təpələri, həmçinin Həsraya və Əlxəlifat məntəqələrini terrorçuların işğalından çıxarmağa müvəffəq olub.

Suriya ordusunun bu əməliyyatında Cibhətunnusrə terror qrupunun ünsürlərindən bir qrupu ölüb və ya yaralanıbdır.

Suriya ordusunun qüvvələri çərşənbə günü də Həmah vilayətində yerləşən Ələziziyyə və Əlri məntəqələrini terrorçuların işğalından azad etməyə müvəffəq olmuşdular.

Suriyanın qərbində yerləşən Həmah və şimalında yerləşən İdlib vilayətləri bu ölkədə terrorçuların sonuncu bazalarıdırlar.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayələri ilə İŞİD terror qrupunun bu ölkədəki işinə xitam verə bildi.

  • Yazılıb
  • da (də) 2019 Aug 03
  • Göndərən جهان کمالی