Tarix : 2019 Aug 04
Kod 58611

Səud muzdurlarının Cizandakı mövqelərinə raket yağdırılıb

Yəmənin ordusu və xalq komitələri bu gün səhərçağı səud muzdurlarının ərəbistanın cənubunda yerləşən Cizan məntəqəsindəki "Cəbəl Əlnar"ın şimalında yerləşən mövqelərini raket atəşinə tutublar.

Yəmənin ordusu və xalq komitələri bildiriblər ki, "Zəlzal-1" tipli üç ədəd yerli ballistik raket və "Katyuşa" tipli bir neçə raketlə səud muzdurlarının "Cəbəl Əlnar"ın şimalındakı mövqelərini hədəfə alıblar.

Yəmənli mənbələr qeyd ediblər ki, səudlara və onların muzdurlarına ağır tələfat və xəsarətlər dəyibdir.

Yəmənin ordusu və xalq komitələri dünən gecə də bir ədəd "Zəlzal-1" tipli raketlə səud hərbçilərinin ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki "Əbvab Əlhədid" məntəqəsində yerləşən mövqelərini hədəfə almışdılar.

Bu raket hücumunda da onlarla səud hərbçisi ölüb və yaralanıbdır.

Yəmənin ordusu və xalq komitələri təqribən gündəlik şəkildə ərəbistan ərazisinin içərilərini hədəfə alırlar ki, bu hərəkət səud koalisiyasının Yəmənə qarşı təcavüzünə və bu ölkə sivillərini hədəfə almasına reaksiyada edilir

Səud rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək özlərinin bu ölkədəki hədəflərinə çata bilməyiblər.

  • Yazılıb
  • da (də) 2019 Aug 04
  • Göndərən جهان کمالی