Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook-da canlı yayım zamanı eks-prezident Serj Sərkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışıb.
Arannews-Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib. Amma Paşinyan sənəddə məxfiliyin nə olduğunu açıqlamayıb: “Sənədin vacibliyi ondadır ki, o bizə ölkədəki real vəziyyət haqqında tam məlumat verir. Bütün toplanmış problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib”