Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya əs-Səri işğalçılarla birlikdə olan lakin daha sonradan Yəmən ordusuna qoşulan döyüşçülərlə bağlı açıqlama verib.
"İşğalçılarla bir olan lakin daha sonradan vətən cəbhəsinə qoşulan yəmənlilərin sayı artmaqda davam edir.
Son 1 həftədə 2000 min yəmənli ordu qüvvələrimizə qoşuldu", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb.
Yəhya əs-Səri vurğulayıb ki, yəmənlilər orduya dəstək verərək qələbələrin artmasına səbəb olurlar.
"Biz ordumuzla və vətənimizi qoruyan bütün yəmənlilərlə fəxr edirik", - deyə Yəhya əs-Səri qeyd edib.(eastnews)