Tarix : 2019 Aug 07
Kod 58628

Rəsmi Bakı: Paşinyanın bəyanatı müharibəyə çağırışdır

Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edir.

Arannews-Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edir. Bu barədə Azərbaycan Prezident Administrasiyasını xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir", deyə Hacıyevin şərhində qeyd edilir.

Paşinyanın bəyanatı rəsmi Yerevanın işğalçılıq siyasətinin ifşasıdır. Bu cür bəyanatlar həmçinin ATƏT-in Minsk Qrupunun fikrinə məhəl qoyulmamasının, beynəlxalq hüquq norma və prinsiplərinin, BMT-nin sənədlərinin pozulmasının sübutudur.

"Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", deyə Hacıyev qeyd edi

  • Yazılıb
  • da (də) 2019 Aug 07
  • Göndərən جهان کمالی