Tarix : 2019 Aug 10
Kod 58642

İmam Rza (ə) Hərəminin Sənədlər Mərkəzinin direktoru: Təbriz Azərbaycan Respublikası xalqı üçün mədəniyyət mərkəzidir

İmam Rza (ə) Hərəminin Sənədlər Mərkəzinin direktoru doktor Əbülfəz Həsənabadi “Təbrizdə Məşritə Mirası” mərasimində Təbrizin Azərbaycan Respublikası xalqı üçün bir mədəniyyət mərkəzi olmasına toxunaraq deyib: “İmam Rzanı (ə) ziyarət etmək üçün Azərbaycan Respublikasından gələn zəvvarlar “İmam Rza (ə) Hərəmi”nin xarici zəvvarlara aid ofisindən yadigar olaraq ziyarət baratı istəyirlər və hərəmin xadimləri də onlara bu baratı onlara verirlər.”
AranNews - İmam Rza (ə) Hərəminin Sənədlər Mərkəzinin direktoru doktor Əbülfəz Həsənabadi Məşrutə fərmanının verilməsi münasibətilə keçirilən mərasimində iştirak edib. O, mərasimdəki çıxışında İmam Əli ibn Musa Rzanın (ə), habelə Xorasan və Məşhəd əhalisinin salamını Təbriz və Azərbaycan əhalisinə çatdırıb, Məşrutə İnqilabının tarixini Azərbaycan və Təbriz əhalisinin tarixi iftixarı adlandırıb.
Doktor Həsənabadi əlavə edib: “İranda Məşrutə tarixi və Təbriz bir-birinə bağlanıb. Hər vaxt Məşrutə tarixindən, xüsusilə də onun ikinci dövründən söz düşsə, Təbriz əhalisinin adı yaxşılıqla çəkilir. Bu günləri yeri vardır ki, şəhid Siqətul-islam və Təbrizin digər qəhrəmanlarını yad edək, onların ad və xatirəsini uca tutaq, əbədiləşdirək.”
İmam Rza (ə) Hərəminin Sənədlər Mərkəzinin direktoru Təbriz şəhərini İran tarixinin böyük mədəniyyət mərkəzi adlandırıb və Təbriz əhalisinin İmam Rzaya (ə) sevgisinin dillərdə əzbər olduğunu vurğulayaraq deyib: “Ötən yüz ildə Məşhəd və Təbriz arasında çox yaxşı mədəni əlaqələr qurulub.”
Doktor Həsənabadi çıxışının digər hissəsində azəri Əhli-beyt (ə) sevərlərin 28 səfər İmam Rzanın (ə) vəfatı münasibətilə keçirilən matəm mərasimində, habelə digər dini mərasimlərdə coşqun iştirakını çox dəyərli sayaraq deyib: “Təbriz Azərbaycan Respublikası xalqı üçün bir mədəniyyət mərkəzidir və bu ölkədən Məşhəd ziyarətinə gələn zəvvarlar üçün təsirlidir.”
Hərəmin Sənədlər Mərkəzinin direktoru ötən həftə Kitabxanalar Təşkilatında ziyarət sənədlərinin açılışı mərasiminin keçirilməsinə də işarə edərək deyib: “Ziyarət biz şiələrin çox qədim və mühüm adət-ənənələrindəndir. Həmin mərasimdə təqdim olunan sənədlərdən biri də “ziyarət baratı” adlı sənəd idi. Qədim vaxtlardan camaat Məşhəd ziyarətinə gəldikdə İmam Əli ibn Musa Rza (ə) Hərəmindən həzrətin mübarək adına möhürlənmiş barat alırdılar. Beləliklə, öz diyarlarına qayıtdıqdan sonra “məşhədi” önlüyünü öz adlarının əvvəlində işlətməyə icazələri olurdu. Apardığımız sahə tədqiqatlarına görə, indi də Azərbaycan Respublikasından İmam Rzanı (ə) ziyarət etməyə gələn zəvvarlar hərəmin xarici zəvvarlara aid ofisinə müraciət edir və yadigarlıq istəyirlər. İmamın (ə) xadimləri də hələ də onlar üçün bərat hazırlayır və təhvil verirlər.”
Qeyd edək ki, “Təbriz İlk Mədəni çərşənbə axşamı” İmam Rza (ə) Hərəminin Ofisinin təşəbbüsü ilə “Təbrizdə Məşrutə Mirası” adı ilə və İranın müasir tarixində Təbrizin ad və rolunun əbədiləşdirilməsi məqsədilə Şərqi Azərbaycanın Təbriz şəhərində keçirildi.
  • Yazılıb
  • da (də) 2019 Aug 10
  • Göndərən جهان کمالی