İslam partiyası Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadənin səhətində problem yaranıb.
BArannews-Bu barədə onun yaxınları məlumat veriblər.
Məlumatda bildirilir ki, Ruhullah Axundzadənin ayağında ciddi problem yaranıb.
“Onun ayaqları tutulub. Həbsxana rəhbərliyindən onun təcili olaraq müalicə olunmasını tələb edirik”, - deyə Ruhullah Axunzadənin yaxınları vurğulayıblar.
Xatırladaq ki, Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub.
Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib.
Onun hüquqlarını müdafiə edən vəkilləri və ailə üzvləri Ruhullah Axundazadənin siyasi sifarişlə həbs olunduğunu qeyd edirlər.