Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər.
"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçuların hücumları nəticəsində 23 Suriya ordusunun hərbçisi həlak olub.
Bildirilir ki, avqustun 10-u terrorçular Sukayk-Açan yaşayış məntəqəsi, 11-i isə Murek-Açan yaşayış məntəqəsi istiqamətində hücum ediblər.
Qeyd edilir ki, terrorçuların bütün hücumlarının qarşısı alınıb və çox sayda terrorçu məhv edilib