Tarix : 2019 Aug 14
Kod 58657

Şeyx Zəkzaki və həyat yoldaşı Nigeriyadan Hindistana getdilər

Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı müalicə üçün bu ölkədən Hindistana yola düşüblər.

 Arannews-iran mediasına istinadən xəbər verir ki, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı müalicə üçün bu ölkədən Hindistana yola düşüb.

Şeyx Zəkzakinin və həyata yoldaşının Hindistana səfəri Nigeriyanın Kaduna ali məhkəməsinin hökmündən sonra həyata keçir.

Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı Nigeriya hərbçilərinin 2015-ci il dekarbın 13-də Zaria şəhərindəki hüseyniyyəyə hücumu zamanı həbs olunublar. Bu hücumda Nigeriya şiələrindən yüzlərlə nəfər də şəhid olmuşdu.

Nigeriya ali məhkəməsi 2016-cı ilin dekbarında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi haqda hökm çıxardaraq bu ölkənin ordusu və təhlükəsizlik təşkilatlarını onun ailəsinə 150 min dollar təzminat ödəməyə məhkum etdi.

Amma ordu və bu təşkilatlar həmin hökmü icra etməkdən boyun qaçıraraq, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.

Şeyx Zəkzakinin səhhətinin ağırlaşdığı son aylarda insan haqları təşkilatları dəfələrlə Nigeriya şiələri rəhbərinin azad edilməsini istədilər.

  • Yazılıb
  • da (də) 2019 Aug 14
  • Göndərən جهان کمالی