Sabah avqustun 14-də Soçidə baş tutması planlaşdırılan Rusiya-Azərbaycan-İran sammitinin təxirə salınması ilə bağlı Kreml yeni bəyanatla çıxış edib.
Arannews-Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Putinin mətbuat katibi Dmitri peskov jurnalistlərə açıqlamasında sammitin prezidentlərin iş qrafiki ilə bağlı təxirə düşdüyünü bildirib.
Xatırladaq ki, dünən Peskov sammitin "texniki səbəblərlə" təxirə salındığını açıqlamışdı.