Paşinyan təkrar etdiyi şüarlarla Qarabağın gələcəyini Azərbaycan Respublikası və İslam dünyası üçün faciə senarisi səmtinə çəkməyə təlaş edir. Hər dəfə də İslam torpağının bu strateji məntəqəsinin zəngin mənbələrinə hakim olmaq ardınca olduğunu açıq-aşkar mesaj verir.
AranNews – Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan 7-ci panerməni oyunlarının açılışında iştirak etmək üçün qondarma Qarabağ Respublikasına səfər etdi və qondarma Qarabağ Respublikasının başçısı Bako Sahakyan tərəfindən rəsmi qarşılandı. Bu səfərdə N. Paşinyan bir daha təhrikedici və müharibə çağırışlı: “Qarabağ Ermənistanındır, vəssalam” dedi.
Belə nəzərə çarpır ki, Paşinyan təkrar etdiyi şüarları ilə qondarma Qarabağ dövlətinin muxtarlığını qıraqda saxlamaq, Qarabağda öz hüzur və nüfuzunu aşkar elan etmək və ya ictimai rəyi hazırlamaqla Qarabağın gələcəyini Azərbaycan Respublikası və əlbəttə, İslam dünyası ilə faciə senarisi səmtinə yönəltmək istəyir.
Hər dəfə açıq-aşkar bu ismarışı verir ki, Ermənistan təkcə qondarma Qarabağ dövlətinə dəstək vermək ardınca deyil, üstəlik xristian Minsk qrupunun məsləhət üzündən qəfləti sayəsində və Azərbaycan dövlətinin özünün daxili və regional potensiallarından faydalana bilməkdə səhlənkarlığı üzündən İslam torpaqlarının bu strateji və zəngin ehtiyatlarla dolu dağlıq məntəqəsinə yiyələnmək və ondan aparıcı kart kimi faydalanmaq istəyir.
Paşinyan 5 ay bundan əvvəl Tehranın “Ararat” idman salonunda və indi də işğal edilmiş Qarabağın paytaxtı Xankəndidə “Qarabağ Ermənistanındır, vəssəlam” cümləsinə təkid edir. Halbuki BMT TŞ-nın Ermənistanın Qarabağdan çıxması ilə bağlı 4 qətnaməsinin heç birinə əməl etməmişdir.
SSRİ-nin parçalanmasından sonra erməni separatçıları Ermənistan dövlətinin dəstəyi ilə Qarabağı işğal etdilər və bu işğal nəticəsində Azərbaycanın 30 min müsəlmanı həyatını itirdi. Sabiq SSRİ-nin dövründə erməniləri Qarabağa köçürmə siyasətinə baxmayaraq bu birlik parçalananda hələ də Qarabağ əhalisinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Qarabağ müharibəsi boyunca bütün azərbaycanlılar bu ərazidən çıxarıldı. Hal-hazırda Qarabağda 149 min əhali yaşayır və onların əksəriyyəti Lenin siyasəti nəticəsində bu məntəqəyə köçürülmüş ermənilərdən ibarətdir.
Qarabağ beynəlxalq baxışda Azərbaycan Respublikasının bir hissəsidir. Qarabağ münaqişəsi ilə bağlı neçə illik müzakirələrə baxmayaraq hələ də iki tərəf arasında son sülh müqaviləsi imzalanmayıb.
Qısa şəkildə demək olar ki, əsassız ümidlər Amerika kimi transregional dövlətlərə bağlanıb. Halbuki, Amerika Qarabağın Azərbaycana aid olmasını konkret olaraq demir və digər ölkələrlə öz münasibətini silah satışı əsasında tənzimləyir. Qarabağı geri almaq üçün belə dövlətlərə ümid bağlamaq işi irəli aparmır və çarə yolu Qarabağın İslam və Azərbaycana aid olmasına təkid etmək, Qarabağ köçkünlərinin öz yurdlarına qayıtmağı istiqamətində əməli addımlar atmaqdadır.