Tarix : 2008 Jul 16
Kod 5867

Azərbaycan ABŞ-dan üç vertolyot alır

Şirkətin yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycana təhvil veriləcək “S-92®” VİP vertolyotu xüsusi korporativ şəxslərin müxtəlif qısa məsafəlrdə daşınmasında istifadə ediləcək
Azerbaijan Servisi/Aran Agentliyi

ABŞ-ın “United Technologies” Korporasiyasının törəmə qurumu olan “Sikorsky Aircraft Corp.” şirkəti “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni ilə “S-92®” vertolyotlarının satışına dair müqavilə imzalayıb. Bu barədə şirkət “Farnboro” Beynəlxalq Aviasiya Şousu çərçivəsində açıqladığı rəsmi məlumatda bildirilir.
    Şirkətin yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycana təhvil veriləcək “S-92®” VİP vertolyotu xüsusi korporativ şəxslərin müxtəlif qısa məsafəlrdə daşınmasında istifadə ediləcək. Müqaviləyə görə, VİP vertolyotla yanaşı şirkət birincisi 2010-cu ildə çatdırılmaqla Azərbaycana daha iki “S-92®”ni satmağı planlaşdırır. Bu vertolyotlar 19 sərnişinin daşınması üçün nəzərdə tutulub və müxtəlif hava şəraitində dənizdə yerləşən neft-qaz yataqlarına işçi heyətinin aparılmasında istifadə olunacaq.
    Şirkət satış qiymətini açıqlamasa da, “APA-ECONOMICS”in araşdırmasına görə, “S-92®” vertolyotlarının Avropa bazarında qiyməti təxminən 16-17 mln. ABŞ dolları təşkil edir, VİP modelinin qiyməti isə 20 mln. dollardan artıqdır.

  • Yazılıb
  • da (də) 2008 Jul 16