Tarix : 2008 Jul 16
Kod 5868

Azərbaycan və Ermənistanın müdafiə nazirlikləri razılığa gəldi

monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcək
Azerbaijan Servisi/Aran Agentliyi
   ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 16-da Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcək. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrji Aberle keçirəcək.
    Xatırladaq ki, ATƏTin cəbhə bölgəsində monitorinqi hələ ötən həftə baş tutmalı idi, lakin tərəflərin yoxlamanı hansı məntəqənin ərazisində keçirilməsinə dair ümumi razılıq əldə edi bilməməsi, nəticədə də ATƏT nümayəndələrinin təhlükəsizliyinin sual altında olması monitorinqin təxirə salınmasına səbəb olmuşdu.
  • Yazılıb
  • da (də) 2008 Jul 16