Türkiyənin Suriyanın şimalında Əsəd hökuməti ilə əməkdaşlıq etməsi ABŞ-la işbirliyindən daha uğurlu alınar.
Arannews-Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yuri Zinin deyib.
“Tarix - 1999-cu ildə Türkiyə və Suriya arasında Adana razılaşmasının imzalandığını göstərir. Bu razılaşmada Suriya hakimiyyətinin Abdullah Öcalana dəstəyini dayandırması nəzərdə tutulurdu. Bu, bir mövqe dəyişikliyi idi ki, Türkiyədə böyük əks-səda yaratdı. Qonşuluq əlaqələri gücləndi. Bu mənada əgər hər iki tərəf ortaq mövqeyə gələ bilərsə, kürd problemi, yaxud digər problemdən söhbət gedə bilməz”, - deyə ekspert bildirib.