Üç fələstinli İsrail ordusu tərəfindən Qəzza zolağının sərhədində odlu silahdan açılan atəşlə öldürülüb.
Arannews-RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud xəbər verib.
"Üç fələstinlinin cəsədi bu gün səhər Al-Andunisi xəstəxanasına gətirilib. Onlar İsrail hərbçiləri tərəfindən gecə sərhəddəki hadisəsədə öldürülüb", - Məhəmməd Mahmud deyib.
Bundan əvvəl isə media yazmışdı ki, İsrail əsgərləri Qəzza zolağının sərhədindən keçmək istəyərkən ən azı dörd fələstinlini öldürüb.