ABŞ-la Ermənistan ölkəsi arasında nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı mövzusunda razılaşma imzalanıb
Armenia Servisi/Aran Agentliyi
ABŞ-ın Dövlət Katibi Kondoliza Rays və Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan dünən nüvə və radioaktiv maddələrinin qaçaqmalçılğı mövzusunda razılaşma imzalayıb.ABŞ Dövlət Katibliyindən edilən şərhdə, razılaşmanın "nüvə və radioaktiv maddələrin terroristlərin əlinə keçmə ehtimalına qarşı" iki ölkə arasındakı əməkdaşlığı ciddi mənada gücləndirəcəyi ifadə edilib..
Verilən şərhdə, razılaşmaya əsasən, Ermənistanın nüvə və radioaktiv maddə qaçaqmalçılığı ilə əlaqədar təsirli şəkildə mübarizə etmə qabiliyyətinin də artırılacağı qeyd edilib.
Ermənistan tərəfi isə bu mövzuda üzərinə düşən addımları atacağını, bununla belə digər tədbirlərin tətbiq olunmasında ABŞ-kömək etməyəciyini ifadə edib.
Qeyd edək ki, Ermənistandan əvvəl ABŞ nüvə maddə qaçaqmalçılığı ilə əlaqədar Ukrayna, Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə də bənzər razılaşmaların imzalandığını söyləyib.