Tarix : 2019 Aug 22
Kod 58697

Rusiyalı politoloq: Qərb çökməkdə, Asiya tərəqqi etməkdədir

Ali İqtisadiyyat Milli Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Sergey Karaganov: “Bu günləri Rusiya Avropanın zəifləməsini və Asiyanın sürətli tərəqqisini nəzərə almaqla şərqə tərəf dönməyə başlamışdır. Əgər amerikalılarla müharibə baş verməsə, İran yeni böyük gücə çevriləcək.”
AranNews – Redaksiyamızın “İras”-a istinadla verdiyi xəbərə görə, beynəlxalq münasibətlər üzrə politoloq, Rusiya müdafiə və xarici siyasət şurasının rəhbərlik heyətinin fəxri rəhbəri, beynəlxalq işlər üzrə Rusiya Şurası jurnalının redaktorlar heyətinin müdiri, Ali İqtisadiyyat Milli Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Sergey Karaganov “Arqumentı i Faktı” qəzetinə verdiyi müsahibəsində Rusiyanın beynəlxalq aləmdə yeri, silah yarışı və qonşuları ilə münasibətləri barədə diqqəti çəkən məsələlərə toxunub. Onun açıqlamalarından bir hissəsini təqdim edirik.
S. Karaganov deyib: “500 il bundan əvvəl qərb hərbi üstünlük əldə etdi, dünyanın müxtəlif yerlərində özünün siyasi, iqtisadi, ideoloji və mədəni quruluşunu zorla qəbul etdirmək imkanına yiyələndi, dünya ümumi milli gəlirini öz xeyrinə satmağa nail oldu və beləliklə sürətlə inkişaf etdi.”
Politoloq əlavə edib: “Avropa və ümumi olaraq qərb öz yerini əldən verməyə başlamışdır. Qərbin çökməsi 50-60 il bundan qabaq başlayıb. SSRİ, sonra da Çinin nüvə silahlarına sahib olduğu vaxtdan. Dünyanın nəzərə çarpan hissəsi qərbin nüfuz dairəsindən çıxdı, qərbin müharibədə qələbəsi dayandı – əvvəl Koreya müharibəsində, sonra da Vyetnam və s.
Sonralar, SSRİ süqut etdiyi vaxt belə nəzərə gəlirdi ki, qərb bir müddətlik öz hərbi üstünlüyünü bərpa etmişdir. Lakin 2000-ci ildən Rusiya öz bacarıq və gücünü yenidən bərpa etdi, Çin sürətlə inkişaf etdi. Qərbin hamıya hakim olduğu dövran sonda unuduldu.”
Moskva Ali İqtisadiyyat Milli Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı müsahibəsinin digər hissəsində deyib: “Bugün Rusiya öz potensialı hesabına dünyanın qeyri-qərbi hissəsinə çevrilib, Avropanın zəifləməsini və Asiyanın sürətlə inkişafını görməklə şərq səmtinə üz tutmağa başlamışdır və bizim gələcəyimiz çox miqdarda Asiyaya bağlı olacaq. Bizim iqtisadi maraqlarımız Asiya səmtinə axmışdır, Rusiyanın Şanxay və Honkonq birjalarında iştirakı artacaq, elitlərimiz öz övladlarını hamıdan çox Asiya universitetlərinə göndərəcək.”
S. Karaganov daha sonra deyib: “Bizim problemlərimizdən biri də budur ki, Asiyaya doğru hərəkətlə yanaşı, bu hərəkəti çox pis hesab edirik. Şərqşünaslarımız azdır, şərq dillərini bilən mütəxəssislərimiz azdır. Ona görə də şərqi anlamaq bizim üçün Avropanı anlamaqdan çətindir. Bu fasiləni aradan qaldırmalıyıq.”
Hal-hazırda Rusiya-Çin münasibətlərinin çox yaxşı və ali səviyyədə olduğunu deyən S. Karaganov vurğulayıb: “Çinin iqtisadi dəstəyinə ümidvar ola bilərik. Onlar da bizim hərbi-siyasi dəstəyimizə arxalana bilər. Bu, fövqəladə bir müamilədir. Lakin dünyada əbədi heç nə yoxdur. Çin Böyük Avrasiya mənasına olan balans sisteminə qoşula bilməsə, yaxud buna meyli olmasa, digər böyük güclər, yəni Rusiya, İran, Türkiyə, Hindistan ardıcıllıqla onun qarşısında dayanacaq.”
Politoloq daha sonra deyib: “Amerikalılarla müharibə baş verməsə, İran yeni böyük supergücə çevriləcək.
Bizim Türkiyə ilə də münasibətlərimizin gələcəyi yaxşı görünür. Baxmayaraq ki, bu bir az çətindir. Türkiyə, Rusiyanın getdiyi yolu getdi və qərbin onun intizarında olmadığını, şərqdə böyük imkanların olduğunu gördükdə üzünü Avropadan Asiya səmtinə döndərdi.”
Müsahibəsinin sonunda Ukraynanın vəziyyəti ilə bağlı sualı cavablandıran politoloq deyib: “Ukrayna bir tərəfdən bizim ötən illərdəki düzgün olmayan siyasətlərimizin, digər tərəfdən də avropalı dostlarının tamah və axmaqlığının qurbanı oldu. Allah eləsin ki, mən səhv etmiş olam, lakin Ukraynada onu nicat verə biləcək elitlər görmürəm. Bu üzdən Ukranya gələcək onilliklərdə region üçün problem mənbəyi olaraq qalacaq. Ukraynalılar bütün dünyaya səpələnəcək. Hal-hazırda bu ölkədən milyonlarla insan Rusiya və Avropaya mühacirət etmişdir.”
Tərcümə edən: Rüqəyyə Kəramətiniya, Tehran Universiteti beynəlxalq araşdırmalar fakültəsinin məzunu
  • Yazılıb
  • da (də) 2019 Aug 22
  • Göndərən جهان کمالی