Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.
Arannews-Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.
APA-ya istinadla xəbər verilir ki, bunu açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.
Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.