İranın istehsal etdiyi “Bavər-373” raket sistemi Suriyanın hava məkanına təcavüz edən sionist rejimin təyyarələri üçün ciddi problemlər yaradacaq.
AranNews – Rusiyanın “Avia.pro” xəbər saytının yazdığına görə, Rusiyanın “S-300”-nə oxşar bir raket sisteminin istehsalı İsraili yeni təhlükələrlərə üzləşdirəcək.
İran rəsmi surətdə “Bavər-373” adlı hava hücumundan müdafiə raket sistemini istehsal etdiyini və hal-hazırda onu silahlı qüvvələrin istifadəsinə verdiyini açıqladı. Ekspertlərin fikrincə, bu məsələ İsrail üçün ciddi problemlər yarada bilər.
Amerikanın zalımcasına sanksiyaları və Trampın uşaqcasına oyunları arasında İranın müsəlman və inqilabçı xalqı Fars körfəzində və diplomatiyadan tutmuş, hərbi və sənaye sahələrində öz ismarışını dost və düşmənin qulağına çatdırmışdır.