Tarix : 2019 Aug 30
Kod 58743

Əli Mütəhhərin Qarabağ münaqişəsi dövründə İranın mövqei barədəki sözləri həqiqəti əks etdirmir

Əli Mütəhərrinin İslami Şura Məclisində Tehran əhalisinin təmsilçisi kimi Qarabağ münaqişəsində İranın Ermənistanın tərəfini tutması ilə bağlı verdiyi açıqlama o vaxtkı dövlət rəsmiləri və hərbi komandanların sözlərinə əsasən düzgün deyil. Bu məsələ göstərir ki, Qarabağ münaqişəsində İranın Azərbaycan Respublikasına dəstək verməsinin sənədlərinin toplanmasında və nəşr edilməsində səhlənkarlığa yol verilib, bu münaqişədə İranın Azərbaycan Respublikasına dəstəyi lazımınca və ehtivaedici şəkildə sənədləşdirilməyib.
AranNews - Əli Mütəhərrinin İslami Şura Məclisində Tehran əhalisinin təmsilçisi kimi Qarabağ münaqişəsində İranın Ermənistanın tərəfini tutması ilə bağlı verdiyi açıqlama o vaxtkı dövlət rəsmiləri və hərbi komandanların sözlərinə əsasən düzgün deyil. Bu məsələ göstərir ki, Qarabağ münaqişəsində İranın Azərbaycan Respublikasına dəstək verməsinin sənədlərinin toplanmasında və nəşr edilməsində səhlənkarlığa yol verilib, bu münaqişədə İranın Azərbaycan Respublikasına dəstəyi lazımınca və ehtivaedici şəkildə sənədləşdirilməyib.
Qarabağ münaqişəsində İranın Azərbaycan Respublikasının dövlət və xalqının yanında olması, ona dəstək verməsi İranın müasir tarixinin bir hissəsidir, bu haqda çoxlu mötəbər sənədlər də mövcuddur, lakin onların toplanması, yazılması və çapı edilməsi lazımdır.
Qarabağ müharibəsində birbaşa iştirak etmiş bir çox komandirlər, sərhəd ərazidə yerləşən əyalət və şəhərlərin vali və fərmandarları, döyüşçülər hələ həyatdadırlar. Aidiyyatı orqanların, tarix və mədəniyyət mərkəzləri İranın müasir tarixinin bu hissəsini sənədləşdirməli, ciddi addımlar atmalıdır. İranın Azərbaycan Respublikasının müsəlman və şiə xalqını dəstəkləməsinə aid çoxlu şəkil, video, yazı, müsahibə və digər sənədlər pərakəndə şəkildə mövcuddur. Qarabağ münaqişəsindən uzun müddət ötdüyü üçün artıq bu həqiqətləri tam şəkildə açmağın, münaqişə barədə deyilməyənlərin deyilməsi vaxtı çatmışdır.
Tehran əhalisinin Məclisdə təmsilçisi Əli Mütəhhərinin Qarabağ münaqişəsində İranın rolu ilə bağlı “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq”-deməsi, çox aydın şəkildə göstərir ki, İran-Azərbaycan münasibətləri sahəsində İranın müasir tarixinin yazılması və sənədləşməsində ciddi boşluq vardır. Əlbəttə, Ə. Mütəhhəri mövcud pərakəndə sənədlərə, Qarabağ münaqişəsi dövrünün dövlət məsulları, hərbi komandirləri ilə müsahibələrə müraciət etmək və araşdırmaqla bu münaqişədə İranın Azərbaycan Respublikasına xidmət və yardımların kəmiyyət və keyfiyyəti barədə lazımınca və geniş məlumat əldə edə bilərdi.
Ölkəmizin müasir tarixində baş verən hadisələri qeyd etməyə və sənədləşdirməyə vəzifəli olan idarə və təşkilatlar geniş şəkildə bu məsələ üzərində işləməli, sənəd, məktub, şəkil, müsahibə və Qarabağ münaqişəsinə aid olan bütün mənbələri toplamalı, təhrif, şişirtmə, azaltma kimi məsələlərin qarşısını almalı, İran və Azərbaycan Respublikası kimi iki qonşu, dost, qardaş ölkə arasındakı münasibətləri zəifləndirmək istəyən qəzəzli qrupların bu məsələdən suistifadə etməsinə mane olmalıdır.
  • Yazılıb
  • da (də) 2019 Aug 30
  • Göndərən جهان کمالی