Tarix : 2019 Aug 29
Kod 58744

Bundan alacağıq?` deyə soruşan Ərdoğana Putindən maraqlı cavab

RF prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Ərdoğanın Rusiya istehsalı beşinci nəsil Su-57 qırıcısına baxış keçirərkən, etdikləri söhbət kameralarla qeydə alınıb.

Arannews-FaktXeber.com-un verdiyi məlumata görə, müzakirələr zamanı Ərdoğanın Su-57-ni nəzərdə tutaraq  "Bundan alacağıq", - deyə soruşduğu, Rusiya liderinin isə buna, -  "istəsəniz ala bilərsəniz" - cavabı verdiyi görünür.

Moskva yaxınlığında Jukovski şəhərində başlayan MAKS-2019 Beynəlxalq Aerokosmik sərgini Türkiyə və Rusiya liderləri birgə gəziblər. Onlar qırıcıya yaxınlaşarkən Ərdoğan rusiyalı həmkarına "Su-57 budur? Uça bilir?",- deyə soruşub. Putin də "Uçur, sizə bu gün göstərəcəyik", - deyib. Bundan sonra Ərdoğan  zarafatyana "bundan alacağıq?" deyə soruşur. Putin isə bir az duruxduqdan sonra "İstəsəniz, ala bilərsiniz", - deyib.

Qeyd edək ki, Türkiyənin ABŞ-dan dəfələrlə Patriot RƏM istiəməsinə baxmayaraq, hər dəfə ABŞ müəyyən bəhanələrlə bu sistemi verməkdən yayınmışdı. İşi belə görən Türkiyə hökuməti terrorçuların müxtəlif raketlər əldə etməsinə cavab olaraq Rusiyadan dünyada analoqu olmayan S-400 ZRK sistemləri almaq qərarına gəldi. Və 2019-cu ildə bu sistemlər Türkiyəyə təslim edildi. Ankaranın S-400 almasından sonra başda Tramp olmaqla ABŞ hökuməti illərdir Türkiyənin də tərəfdaşı olduğu yeni nəsil F-35 qırıcılarının bu ölkəyə təslimatının sual altında olduğunu açıqladılar. Görünür, bu hədələr Türkiyəni düşünməyə vadar edib və onlar F-35-ə də Rusiyanın son dövrlərdə istehsal etdiyi beşinci nəsil hava gəmisini – Su-57-ni almaq qərarına gəliblər. Su-57-yə edilən baxış da bu barədə müzakirələr aparıldığını istisna etmir.

F-35 kimi beşinci nəsil qırıcı olan Su-57 səsdən sürətlidir. Radap sistemləri tərəfindən təsbit edilə bilinməyən təyyarənin bütün texniki xüsusiyyətləri təfərrüatları ilə məlum deyil. Lakin istehsalçıları bu qırıcının öz rəqiblərindən dəfələrlə üstün olduğunu bildiriblər.

  • Yazılıb
  • da (də) 2019 Aug 29
  • Göndərən جهان کمالی