Küveyt Məclisinin Başçısı, ABŞ və Qərbin İran ilə İsrailə ayrı rəftar etdiyini söyləyib
Iran Servisi/Aran Agentliyi
BBC-nin verdiyi xəbərə görə, Küveyt Milli Məclisinin Başçısı Casim əl-Hərrafi, televiziyada etdiyi danışıqda təhrik edici ifadə və icraatlarıyla İranın suverenlik haqqlarını tapdaladıqlarını söyləyib. əl-Harrafi, ABŞ və Qərb ölkələrinin silah çıxara bilmə ehtimalına görə, İrana nüvə proqramını dayandırması üçün təzyiq edərək, nüvə silahı olduğunu hər kəsin bildiyi İsrailə heç bir şey demədiyini, bunun ədalətli və yaxşı niyyətli yanaşma olaraq qəbul edilə bilməyəcəyini ifadə edib. "Dünya Bülleteni"-nin verdiyi xəbərə görə, Küveyt Məclisinun rəhbəri, İranın nüvə silahı arxasında olduğunu qəti şəkildə rədd etdiyini, İsrailin isə bu mövzuda təmin edici heç bir izah etmədiyini, buna baxmayaraq diqqətlərin İsrailə deyil İrana yönəldilməsinin məqsədli olduğunu dilə gətirib. əl-Hərrafi, İranın müstəqil bir ölkə olduğunu, öz təhlükəsizliyini möhkəmlətmə haqqının olduğunu Qərbin bunu anlayaraq özlərinə bağlı bir əyalət rəftarı etməmələrinin lazım olduğunu vurğulayıb.