Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq Kərbəlada İmam Hüseyn (ə) hərəmində dalğalanan qırmızı bayrağın qara ilə əvəzlənəcəyi tarix açıqlanıb.
Arannews-Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq Kərbəlada İmam Hüseyn (ə) hərəmində dalğalanan qırmızı bayrağın qara ilə əvəzlənəcəyi tarix açıqlanıb.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ziyarətgahın nümayəndəsi Seyid Əfdəl əş-Şami məlumat verib. Onun sözlərinə görə bu il bayraq dəyişdirmə mərasimi avqustun 31-də olacaq.
Əş-Şami əlavə edib ki, artıq bütün təhlükəsizlik tədbirləri görülüb, həmçinin zəvvarlarlar üçün müəyyən olunmuş yerlər seçilib.
Ziyarətgahın nümayəndəsi bannerin xüsusi mərasimlə dəyişəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, bundan sonra Həzrət Əbülfəzl Abbasın hərəminin bayrağı dəyişdiriləcək.
Yeri gəlmişkən xatırladaq ki, artıq "Ərbəin-2019"-un şüarı və xüsusi rəngi seçilib. Deviz kimi "Əl-Huseynu Yəcməuna" ("İmam Hüseyn (ə) bizi bir yerdə toplayır") şüarı müəyyən olunub. Xüsusi rəng kimi isə qırmızı seçilib.
Bu il üçün “Ərbəin”in şüarı və xüsusi rəngi seçilib