USTAD ŞƏHRİYARIN HZ. Huseyn (Ə) HAQQINDA YAZDIĞI ŞEİR
Hüseynə yerlər ağlar, göylər ağl ar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar
Arannews- USTAD ŞƏHRİYARIN HZ. Huseyn (Ə) HAQQINDA YAZDIĞI ŞEİR
Hüseynə yerlər ağlar, göylər ağlar
Bətuli-Mürtəza, Peyğəmbər ağlar.
Hüseynin nohəsin Dilriş yazanda
Müsəlman səhldir ki, kafər ağlar.
Kor olmuş gözlərin qan tutdu Şimrin
Ki görsün öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində
Çəkər qiha-qiyamət, məhşər ağlar.
Atanda Hərmələ ox Kərbəladə
Görəydin düşmən ağlar, ləşgər ağlar.
Rübab " nisgil " döşündə, süd görəndə
Əliyyi-Əsğəri yad eylər ağlar.
Başında kakili Əkbər həvasi,
Yel ağlar
sünbül ağlar, ənbər ağlar.
Yazanda Ali-Taha növhəsin mən
Qələm gördüm sızıldar, dəftər ağlar.
Əli, şəqqül-qəmər, mehrab tilit qan
Qulaq ver, məscid oxşar minbər ağlar.
Əlidən, Şəhriyar, sən bir işarə
Qucaqlar qəbri-Malik-Əştər ağlar.