Tarix : 2019 Sep 01
Kod 58760

İmam Sadiq (ə) Universitetinin tələbələri: Əli Mütəhhərinin Qarabağ müharibəsi barədə kifayət qədər məlumatı yoxdur.

İmam Sadiq (ə) Universitetinin Şəhid Bakiri Birliyi: “Biz iranlı tələbələr olaraq Əli Mütəhhəridən istəyirik ki, İslam dünyasının məsələləri barədə kifayət qədər məlumatı olmadığı surətdə danışmasın. İran İslam Respublikası Ermənistanın siyasətlərinin tərəfdarı olmamışdır. Qarabağ müharibəsində iranlı döyüşçülərin şəhid olması, İslam dünyasının mücahid qüvvələrinin Qarabağa axışması, logistik dəstək, Qarabağ müharibəsi boyunca Qarabağın zülmə məruz qalmış əhalisini himayə etmək, İranın müxtəlif şəhərlərində cümə namazları xütbələrində Qarabağ müsəlmanlarına dəstək bu sözü təsdiqləyir. İranın prinsipial mövqeyi Ali Məqamlı Rəhbərin mövqei üzərindədir və o həzrət buyurmuşdur: Qarabağ İslam torpağıdır.”
AranNews-in “Fars”-a istinadla verdiyi xəbərə görə, İmam Sadiq (ə) Universitetinin Şəhid Bakiri Birliyi Əli Mütəhhərinin Qarabağ barədə son açıqlamasının ardınca bəyanat yayıb. Bəyanatda deyilir:
“Ermənistan baş nazirinin Tehrana səfəri və onun Ararat idman klubundakı görüşündə “Qarabağ Ermənistan torpağıdır” axmaq yazısının qaldırılmasından sonra, təəssüflər olsun ki, bu dəfə Tehran əhalisinin təmsilçisinin Qarabağ məsələsində səhv sözlərinin şahidi olduq. Bu sözün bahasını isə İslam sistemi ödəməli olur.”
Cənab Mütəhhəri! Zəhmət olmasa, Xocalı soyqırımı ərəfəsində Ermənistan baş nazirinin İrana səfəri və bu səfər çərçivəsində şübhəli hadisələrin baş verməsi kimi səhv siyasətləri İran İslam Respublikasının Qarabağ barədəki mövqei kimi qələmə verməyin, bu hadisələrin əsas mənbəyini Xarici İşlər Nazirliyi kimi xarici görüşləri tənzimləyən təşkilatlarda axtarın və ölkə üçün bundan artıq problem yaratmayın. Elə indi Azərbaycanın anti-inqilab və daxili medialarının təqribən hamısında: “İran İslam Respublikasının ideoloqunun oğlu və Parlament təmsilçisindən şok etiraf” adlı əsas başlığı görə bilərsiniz.
Cənab Mütəhhəri! Yaxşı olardı ki, əvvəlcə, Ali Məqamlı Rəhbərin Qarabağ barədə təkrar-təkrar bəyanatlarına nəzər salardınız, sonra fikir bildirərdiniz.
İslam Respublikası Qarabağ münaqişəsində heç vaxt Ermənistan hökumətinin qəsbkar siyasətlərinin tərəfdarı olmamışdır, Qarabağ müharibəsində iranlı döyüşçülərin şəhid olması, İslam dünyasının mücahidlərinin Qarabağa axışması, logistik dəstəklər, Qarabağ müharibəsi boyunca Qarabağın zülmə məruz qalmış əhalisini himayə etmək, İranın müxtəlif şəhərlərində cümə namazları xütbələrində Qarabağ müsəlmanlarına dəstək bu sözü təsdiqləyir.
İranın prinsipial mövqeyi Ali Məqamlı Rəhbərin mövqei üzərindədir və o həzrət buyurmuşdur: “Qarabağ İslam torpağıdır.”
Biz iranlı tələbələr olaraq sizdən istəyirik ki, İslam dünyasının məsələləri barədə kifayət qədər məlumatınız olmadığı surətdə sakit qalasınız. Bu, İnqilab üçün edə biləcəyiniz ən az işdir.”
  • Yazılıb
  • da (də) 2019 Sep 01
  • Göndərən جهان کمالی