Tarix : 2019 Sep 01
Kod 58761

Bu gündən Məhərrəm ayı başlayır

Məhərrəm ayının 10-u - Aşura günü bu il sentyabr ayının 10-na təsadüf edir...

Arannews-Məhərrəm ayının 10-u - Aşura günü bu il sentyabr ayının 10-na təsadüf edir...

Hicri-qəməri təqvimi ilə 1440-cı il başa çatıb. Yeni Hicri 1441-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabr ayının 1-nə təsadüf edir.

İslamazeri.com xəbər verir ki, Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.

Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Məhərrəm ayının 10-u - Aşura günü bu il sentyabr ayının 10-na təsadüf edir. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi də bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.

  • Yazılıb
  • da (də) 2019 Sep 01
  • Göndərən جهان کمالی